суббота, 5 ноября 2011 г.

СЧИТАТЬПУСТОТЫ


Qohum funksiyalar:
Sintaksis:
    СЧИТАТЬПУСТОТЫ(интервал)
Nəticə:
     Verilmiş  intervalda boş xanaların sayını hesablayır.
Arqumentlər:
      интервал: boş xanaların sayının tapılacağı diapazon.
Qeydlər:
     Boş mətn (“ ”) qaytaran düsturlardan ibarət xanalar   
     hesablanma zamanı nəzərə alınır. Sıfır qiymətli  
     xanalar   nəzərə alınmır.
 

Misal
Bir kiçik müəssisənin işçiləri arasında cari ilin birinci kvartalı üzrə sosial vəziyyəti öyrənmək məqsədilə sorğu aparılmışdır. Sorğuda orta əmək haqqında olan suala 14 nəfər respondentin verdiyi cavablar aşağıdakı EXCEL cədvəlində verilmişdir. Anketin sualına cavab verməmiş, yəni anketin uyğun yerini boş qoymuş respondentlərin sayını tapmalı.
                                                   

A
B
C
D
E
F
G
H
I
J
K
L
M
N
O
1
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
2
Kvartal üzrə
orta əmək haqqı
(min manat)
1,52
4,25
1,58
2,73
5,11

4,1
3,72
3,15
4
2,95
4,17

Həlli
Məsələnin həlli üçün СЧЕТ funksiyasından istifadə etməklə  aşağıdakı düsturu tərtib edək:
=СЧИТАТЬПУСТОТЫ(B2:O2)
Bu düsturu EXCEL cədvəlin hər hansı bir xanaya yazıb onu yerinə yetirsək, həmin xanada  anketin sualına cavab verməmiş respondentlərin sayını, başqa sözlə cədvəldə boş xanaların sayı olan 1 ədədini alarıq.